Kapital Bank "Sumqayıt"a 250 min manat verəcək

Kapital Bank "Sumqayıt"a 250 min manat verəcək
"Sumqayıt"la Kapital Bank arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Fanat.az xəbər verir ki, bundan sonra klubun ev oyunlarını keçirdiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu "Kapital Bank Arena" adlanacaq.
Tərəflər arasındakı müqavilənin dəyəri də açıqlanıb. İmzalama mərasimində açıqlama verən "Sumqayıt"ın prezidenti Kamran Quliyev bildirib ki, bank bunun qarşılığında bir il ərzində kluba 250 min manat ödəyəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər