Kamilo Duran "Milan"a qarşı şou göstərdi

Kamilo Duran "Milan"a qarşı şou göstərdi

"Qarabağ"dan Şotlandiyanın "Seltik" klubuna keçən Kamilo Duran yoxlama matçında İtaliya nəhəngi "Milan"a qarşı parlaq oyun nümayiş etdirib.

Fanat.Az xəbər verir ki, 2:2 hesabı ilə yekunlaşan qarşılaşmada gənc hücumçu 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Görüşün 11-ci dəqiqəsində hesabı açan Duran, 28-ci dəqiqədə Ceyms Forrestin fərqləndiyi epizodda assist müəllifi olub.

Komandasının hər iki qolunda birbaşa iştirak edən futbolçu performansı ilə diqqətləri üzərinə çəkməyi bacarıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər