Kamal Quliyev: "Neftçi"də gənc oyunçulara böyük önəm verilir"

Kamal Quliyev: "Neftçi"də gənc oyunçulara böyük önəm verilir"

"Komandamızın təlim-məşq toplanışı davam edir. Hazırlıq yüksək səviyyədə keçir. Futbolçulardan razıyıq, onlar həvəslə məşq edir, etimadı doğrultmağa çalışırlar. AZAL-ın əvəzedici heyəti ilə bu gün keçiriləcək yoxlama oyununda aşağı yaş qruplarından dəvət etdiyimiz bir neçə futbolçunu da sınayacağıq". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin əvəzedici komandasının məşqçisi Kamal Quliyev deyib.

Millimizin sabiq üzvü əsas vəzifələrinin futbolçu yetişdirmək olduğunu bildirib: "Komandada sağlam rəqabət var. Futbolçular da gözəl anlayır ki, əsas komandaya çağırılmaq üçün çox çalışmalı və rəqiblərindən hər zaman bir baş üstün oyun nümayiş etdirməlidilər. “Neftçi”də gənc yerli oyunçulara böyük önəm verilir. Bizim də vəzifəmiz budu ki, həm “Neftçi”yə, həm də milli komandaya faydalı ola biləcək futbolçular yetişdirək. İnanıram ki, bu vəzifəmizin öhdəsindən layiqincə gələcəyik".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər