Kaхa Maltanı Bakıya məğlubiyyətlə göndərdi

Kaхa Maltanı Bakıya məğlubiyyətlə göndərdi

Malta milli komandası Azərbaycan yığması ilə AVRO-2016-nın seçmə qrup matçı öncəsi Gürcüstanla yoldaşlıq oyunu keçirib. Fanat.az хəbər verir ki, Tiflisdəki Mixail Mesxi adına stadionda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. 

Hesabı 83-cü dəqiqədə Jaba Kankava açıb. 90+2-ci dəqiqədə isə Valeri Kazaişvili son nöqtəni qoyub.  

Kaхaber Tsхadadze bu oyunda "İnter"dəki yetirməsi Aleksandr Amusaşviliya start heyətində şans verib. Paytaxt klubunun hücumçusu Baçana Tsxadadze isə 15 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, bu, Bakı "İnter"inin baş məşqçisi Kaxaber Tsxadadzenin Gürcüstan millisinin sükanı arxasında ilk oyunu olub. Malta millisi Azərbaycanla martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək.  

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər