"İtaliyasız dünya çempionatı Kolizeysiz Roma kimidir"

"İtaliyasız dünya çempionatı Kolizeysiz Roma kimidir"

İtaliya millisinin sabiq hücuçusu Françesko Totti Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı danışıb. 

Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" veteran futbolçunun dediklərini belə çatdırır:

"İtaliyasız dünya çempionatı Kolizeysiz Roma kimidir. Bu, biz italyanların adət etmədiyi durumdur. Çox pisdir. Belə hallar olur. Ancaq bunu düzgün qəbul etmək lazımdır. 

Bu mundial fərqli olacaq. Amma yenə də böyük komandalara görə ən vacib turnirdir. Fransa, Braziliya, Argentina, Almaniya və İspaniya çempionluq uğrunda mübarizə aparacaq. Bir favorit yoxdur. Dünya çempionatında hər şey yaşana bilər". 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər