İtaliyalı futbolçu: "Bakıda hədəfimiz lider olmaqdı"

İtaliyalı futbolçu: "Bakıda hədəfimiz lider olmaqdı"
“Bakı-2015”də çimərlik futbolu maraqla izlənəcək yarışlardan biri olacaq. Səkkiz ölkənin komandası birincilik uğrunda mübarizə aparacaq. Liderliyə iddialı yığmalardan biri də İtaliya komandasıdı. Massimiliano Espositonun rəhbərliyi ilə bu komanda yarışlara ciddi hazırlaşır.
İtaliyanın çimərlik futbolu üzrə milli komandasının üzvü Matteo Marrucci “Bakı-2015”ə hazırlıqlar və ümumiyyətlə komandanın uğurları barədə fikirlərini bölüşərək bildirib: “Bakıdakı yarışlarda əsas hədəfimiz lider olmaqdı. Hər birimiz qalibiyyəti ürəkdən istəyirik. Lakin bizə bəllidi ki, yarışlar heç də asan keçməyəcək. Nəzərə alsaq ki, ən sonuncu dünya kubokunun finalçıları olan Rusiya və İspaniya ilə eyni qrupda mübarizə aparacağıq, o zaman yarışların gərgin keçəcəyi gözləniləndi. Buna baxmayaraq, biz komanda olaraq, çəkinmədən mübarizəmizi davam etdirəcəyik”.
İdmançı çimərlik futbolunun qeyri-olimpiya idman növü olmasına baxmayaraq, “Bakı-2015”in proqramına daxil edilməsindən məmnun olduğunu deyib: “Bu idman növünün ilk Avropa Oyunlarının proqramına salınması tarixi bir hadisədi. Gələcəkdə Olimpiya Oyunlarında bu yarışların keçirilməsinə ümid edirəm. Açığı, Braziliya bu idman növünün vətəni hesab olunduğu üçün, “Rio-2016” Yay Olimpiya Oyunlarına çimərlik futbolunun daxil edilməsini çox gözləyirdim. Hesab edirəm ki, 2020-ci ildə Tokioda keçiriləcək Oyunlaradək bu məsələ həllini tapar”.
Marrucci “Bakı 2015”in idman tarixində yeni bir səhifə açacağına əminliyini bildirərək deyib: “Bu tarixi yarışa bütün diqqətimiz kökləməli və son dərəcədə hazırlıqlı olmalıyıq. Bizim üçün bu Oyunlarda yaxşı nəticə göstərmək olduqca vacibdi”.//AzərTAc
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər