İtaliyanı “Bakı-2015”də təmsil edəcək qadın voleybol komandası yarışın güclüləri sırasındadı. Yığmanın üzvləri gərgin mübarizə şəraitində keçəcək yarışlara fiziki və psixoloji cəhətdən tam hazırdılar.
Komandanın iddialı oyunçularından biri Miriam Silla yarışlarla bağlı fikirlərini bölüşüb: “Bakıya uğurlu nəticə göstərmək üçün yola düşürük. Yarışlarda birincilik uğrunda əlimizdən gələni edəcəyik. Hamımız lider olmaq əzmindəyik. Perspektivli idmançıların kəşf edilməsi üçün “Bakı-2015” yaxşı fürsətdi”.
Fanat.az