İtaliya nəhəngi "Olimpik Marsel"in braziliyalı vingerini istəyir

İtaliya nəhəngi "Olimpik Marsel"in braziliyalı vingerini istəyir

Olimpik Marsel"in braziliyalı vingeri Luis Enrike karyerasını İtaliya nəhəngində davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport Italia" yayıb.

Məlumata görə, onun xidmətində Milan "İnter"i maraqlıdır. Mənbə Fransa təmsilçisinin bu keçid üçün qarşı tərəfdən 30 milyon avro istəyə biləcəyini vurğulayıb. Xəbərdə Enrikeni "Bayern Münhen"in də diqqətdə saxladığı qeyd olunub.

Qeyd edək ki, sözügedən oyunçu 2020-ci ildən "Olimpik"in futbolçusudur. Fransa klubu onu 8 milyon avro qarşılığında "Botafoqo"dan alıb. Cinah hücumçusu 2022-ci ilin yayından 2023-cü ilin dekabrına qədər icarə əsasında  sabiq komandasında top qovub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər