“Fənərbağça” ciddi itki ilə üzləşib.
Fanat.Az İstanbul klubunun mətxbuat xidmətinə istinadən xəbər verir ki, komandanın hücumçusu Sərdar Dursun zədələnib. Forvard Superliqanın ilk turunun “Adana Dəmirspor”la qarşılaşmasının ikinci hissəsində sıradan çıxıb. Sərdarın körpücük sümüyündə sınıq aşkarlanıb. Qeyd edək ki, “Adana Dəmirspor” – “Fənərbağça” oyununda qonaqlar Mesut Özilin vurduğu qolla 1:0 hesablı qələbə qazanıb.