İstanbul nəhəngi Yoahim Lövlə danışıqlara başladı

İstanbul nəhəngi Yoahim Lövlə danışıqlara başladı

Bir neçə gün öncə Vitor Pereyranı istefaya göndərən Türkiyənin "Fənərbağça" klubu Almaniya milli komandasının sabiq baş məşqçisi Yoahim Löv ilə danışıqlara başlayıb.

Fanat.Az xəbər verir ki, informasiyanı italiyalı jurnalist Nikolo Skira yayıb. 

Tanınmış insayder 61 yaşlı mütəxəssisə 2024-cü ilədək müqavilə təklif olunduğunu, onun isə düşünmək üçün müəyyən vaxt istədiyini açıqlayıb.

2006 - 2021-ci illər aralığında rəhbərlik etdiyi Almaniya millisinə DÇ-2014-ün qızıl medallarını qazandıran Löv 1998- 1999-cu illərdə də "Fənərbağça"nın baş məşqçisi olub. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər