İstanbul nəhəngi Söyüncünün transferini elan etdi

İstanbul nəhəngi Söyüncünün transferini elan etdi

Türkiyənin "Fənərbağça" klubu "Atletiko Madrid"in və Türkiyə millisinin müdafiəçisi Çağlar Söyüncünü sıralarına cəlb etdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, İstanbul nəhəngi arxa xətt oyunçusunu cari mövsümün sonunadək icarəyə götürüb. 

Daha öncə "Lester"in formasını geyinən Söyüncü "Atletiko"ya ötən ilin yayında azad agent qimində qoşulmuşdu. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Çağların transfer qiymətini 12 milyon avro ilə dəyərləndirir.

Qeyd edək ki, 23 tura 60 xal toplayan "Fənərbağça" Türkiyə Super Liqasının turnir cədvəlində 1-ci pillədə mövqe tutub.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər