İstanbul nəhəngi rusdan əl çəkdimi? - AÇIQLAMA

İstanbul nəhəngi rusdan əl çəkdimi? - AÇIQLAMA

"Beşiktaş"ın idman direktoru Ceyhun Kazancı Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Dmitri Barinov üçün yeni təklif hazırladıqları ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, o, "Çempionat" saytına açıqlamasında Barinovdan vaz keçdiklərini deyib:

"Barinovla bağlı danışıqlar dayandırılıb. Bizim üçün artıq bu mövzu bağlıdır".

Qeyd edək ki, "Lokomotiv" İstanbul nəhənginin ötən ay göndərdiyi 1,5 milyon avroluq təklifi geri çevirmişdi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər