İstanbul nəhəngi rus futbolçuya rəsmi təklif göndərdi

İstanbul nəhəngi rus futbolçuya rəsmi təklif göndərdi

Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Dmitri Barinov karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki,  "Beşiktaş" rus futbolçunun klubuna rəsmi təklif göndərib.

İstanbul nəhəngi sözügedən oyunçunu icarəyə götürə və ya onun transfer hüquqlarına yiyələnə bilər.

Rusiya mətbuatında yazılanlara inansaq, "Lokomotiv" Barinovu 15 milyon varoya satmaq niyyətindədir.

Qeyd edək ki, Türkiyə klubunun Dmitriyə elçi düşdüyü barədə məlumatı "qara qartallar"ın idman direktoru Ceyhun Kazancı təsdiqləyib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər