"Sevilya"nın hücumçusu Yussef En-Nesiri karyerasını Türkiyədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Nikola Skira yayıb.
Xəbərə görə, "Fənərbağça" mərakeşli futbolçunun xidmətində maraqlıdır. Mənbə 27 yaşlı En-Nesirinin baş məşqçi Joze Mourinyunun komandasına qoşulmağa hazır olduğunu bildirib. Hazırda futbolçunun maaşı ilə bağlı danışıqlar davam edir.
Qeyd edək ki, Yussefin "Sevilya" ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. O, geridə qalan mövsümdə klubunun forması ilə 41 matça çıxaraq 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı 27 yaşlı forvardın transfer qiymətini 18 milyon avro ilə dəyərləndirir.
Mirağa