İstanbul nəhəngi MY-nin forvardı ilə güclənir

İstanbul nəhəngi MY-nin forvardı ilə güclənir

“Mançester Yunayted” futbolçusu Entoni Elanqa karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, məlumatı "Akşam" qəzeti yayıb. 

Xəbərə görə, "Qalatasaray" 21 yaşlı hücumçunu icarəyə götürməyə hazırlaşır. 

Baxmayaraq ki, bir müddət əvvəl Ekrem Konur isveçli futbolçunun "Borussiya Dortmund"un hədəfində olduğunu bildirmişdi.

Elanqanın sərbəstqalma məbləği təxminən 10 milyon funt-sterlinqdir. 

Qeyd edək ki, Elanqanın MY ilə müqaviləsinin müddəti 2006-cı ilə qədərdir. O, ötən mövsüm İngiltərə Premyer Liqada 26 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər