İstanbul nəhəngi məşqlərə başlayır - RƏSMİ

İstanbul nəhəngi məşqlərə başlayır - RƏSMİ
"Fənərbaxça” məlum səbəbdən dayandırılan məşqləri bərpa edir.
 
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. "Fənərbaxça” mayın 4-dən klubun bazasında məşqlərə başlayacaq.
 
Klubdan verilən məlumatda, futbolçuların hələlik 4 nəfərlik qruplar halında məşq edəcəkləri bildirilib.
 
Koronavirus pandemiyasına görə dayandırılmış Super Liqanın iyunda bərpa olunacağı gözlənilir. Bundan əvvəl "Dənizlispor”, "Beşiktaş”, "Göztəpə” və "Kasımpaşa” da məşqləri bərpa etmişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər