İstanbul nəhəngi Madrid klubunun ulduzunu hədəfə aldı - SON DURUM

İstanbul nəhəngi Madrid klubunun ulduzunu hədəfə aldı - SON DURUM

"Atletiko Madrid"in futbolçusu Memfis Depay karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sabah" yayıb.

Xəbərə görə, niderlandlı hücumçu "Beşiktaş"ın diqqət mərkəzindədir. Bu mövsümü boşa verən İstanbul nəhəngi heyətinə dünya ulduzu cəlb etməklə azarkeşlərin könlünü almağa çalışır ki, xüsusilə hücum xəttinə tanınmış futbolçu cəlb olunması hədəflənir. 

Təcrübəli forvard 2023-cü ilin yanvarında "Barselona"dan 3 milyon avro qarşılığında "Atletiko Madrid"ə transfer olub.

Qeyd edək ki, cari mövsüm "Atletiko Madrid"lə 28 matçda 1154 dəqiqə meydanda olan Memfis Depay 9 qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər