"Mançester Siti"nin və İngiltərə millisinin müdafiəçisi Kayl Uolker karyerasını Türkiyədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "A Spor" yayıb.
Xəbərə görə, "şəhərlilər"in start "11-liy"indəki yerini itirən Uolkerin xidmətində "Fənərbağça" maraqlıdır. Mənbə İstanbul nəhənginin Xosep Quardiolanın güvənmədiyi futbolçu üçün Mançester təmsilçisinə rəsmi təklif hazırladığını vurğulayıb. Yazılanlara inansaq, "sarı bülbüllər" bu keçidi 7 milyon avroya reallaşdırmaq niyyətindədir.
Qeyd edək ki, 2017-ci ildə "Mançester Siti"də çıxış edən Uolkerin klubuyla olan müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq.
Nihat