İstanbul nəhəngi dünya ulduzunu transfer edir - SON DURUM

İstanbul nəhəngi dünya ulduzunu transfer edir - SON DURUM
Dieqo Kostanın "Beşiktaş"a keçəcəyi ilə bağlı informasiyalar səngimir.
Fanat.Az xəbər verir ki, tanınmış italiyalı insayder Nikolo Skira "Twitter" hesabında "qartallar"ın sözügedən oyunçuya mövsümlük 3 milyon avro əməkhaqqı və 2 illik anlaşma təklif eməyə hazır olduğunu yazıb.
Mənbə İstanbul nəhənginin Kostaya 2 milyon avro əlavə bonus ödəyəcəyini də vurğulayıb.
Skiraya inansaq, məsələ həllini gələn həftə tapmalıdır.
Qeyd edək ki, İspaniya millisinin sabiq braziliyalı hücumçusunun son iş yeri Madrid "Atletiko"su olub. O, bu ilin yanvarında "hindular"ın sıralarını tərk edib.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər