İstanbul nəhəngi Belçika millisinin üzvünü istəyir

İstanbul nəhəngi Belçika millisinin üzvünü istəyir

"Nottingem Forest"ın futbolçusu Orel Manqalya karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "The Athletic" yayıb.

Xəbərə görə, belçikalı yarımmüdafiəçi "Qalatasaray"ın diqqət mərkəzindədir. Mənbə bildirir ki, "Nottingem Forest" Manqalyanı 12,75 milyon funt-sterlinqə yaxın qiymətə satmağı planlaşdırır.

Qeyd edək ki, Manqalya cari mövsüm "Nottingem Forest" forması ilə 18 rəsmi maçtda 1 qol vurub.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər