İstanbul nəhəngi 10 milyonluq tatarı heyətinə qatır - Şərtlər bəllidir

İstanbul nəhəngi 10 milyonluq tatarı heyətinə qatır - Şərtlər bəllidir

"Zenit"in yarımmüdafiəçisi Daler Kuzyayev karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, "Fotomaç" "Beşiktaş"ın milliyətcə tatar olan rusiyalı futbolçu üçün təklif hazırladığı barədə məlumat yayıb.

Xəbərə görə, "qara qartallar" "Zenit"lə müqaviləsinin müddəti bu ayın sonunda başa çatacaq oyunçuya illik 2,2 milyon avro əməkhaqqı fonunda 2+1 illik anlaşma təklif edəcək. Mənbə Kuzyayevin özünün çıxış etdiyi çempionatda yüksək yerlər uğrunda mübarizə aparan Avropa klubunda top qovmağa can atdığını da diqqətə çatdırıb.

30 yaşlı Daler 2017-ci ildən "Zenit"in formasını geyinib. Son mövsümdə Sankt-Peterburq təmsilçisində 35 matça çıxan orta xətt oyunçusu 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı Kuzyayevin transfer qiymətini 10 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər