İstanbul klubundan ukraynalılara rekord təklif - MƏBLƏĞ

İstanbul klubundan ukraynalılara rekord təklif - MƏBLƏĞ

"Fənərbağça" ukraynalı hücumçu Artyom Dovbikin transferi ilə bağlı "Dnepr-1"ə rəsmi təklif göndərib. 

Fanat.Az xəbər verir ki, bu barədə "Ajanspor" məlumat yayıb.

Söhbət Türkiyə klubunun 1 milyon avro ödəməyə hazır olduğu bir illik icarədən gedir.

Xəbərə görə, futbolçu özü İstanbul təmsilçisində çıxış etməyə isti yanaşır.

2021/2022 mövsümündə Dovbik bütün yarışlarda "Dnepr-1"-in heyətində 18 matçda 14 qol vurub, 5 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı 25 yaşlı hücumçunun transfer dəyərini 5 milyon avro ilə qiymətləndirilir. Onun Ukrayna klubu ilə 2024-cü ilin sonuna kimi nəzərdə tutulan müqaviləsi var.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər