İstanbul klubunda braziliyalı yarımmüdafiəçi - RƏSMİ

İstanbul klubunda braziliyalı yarımmüdafiəçi - RƏSMİ

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Flamenqo”nun yarımmüdafiəçisi Villian Arao ilə razılıq əldə olunub.

29 yaşlı futbolçu bu gecə İstanbula gedərək tibbi müayinədən keçəcək.

Arao 2016-cı ildən “Flamenqo”da çıxış edir. O, bu mövsüm 34 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər