Moskva "Dinamo"sunun hücumçusu Fyodor Smolov karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Fanat.Az "Çempionat"a istinadən xəbər verir ki, rus forvardın xidmətində "Başakşehir" maraqlıdır.
Xəbərə görə, İstanbul klubu Smolova 2,5 illik müqavilə təklif edib. Mənbə klubların öz aralarında danışıqları davam etdirdiyini vurğulayıb.
32 yaşlı Smolov 2022-ci ilin yanvarından "Dinamo"nun uğurları üçün çalışır. O, cari mövsüm çıxdığı 20 matçda 5 qol vura bilib.
Nihat