"Tottenhem"in vingeri Manor Solomon yay transfer pəncərəsinin son günlərində klubu tərk edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, israilli futbolçuya İspaniyanın "Xetafe" klubu dəvət göndərib. Ansaq 23 yaşlı yarımmüdafiəçi bu variantı rədd edib. Futbolçu üçün əsas prioritet karyerasını İngiltərə Premyer Liqasının başqa klubunda davam etdirməkdir.
Solomon ona müqavilə təklif etməyə hazır olan bir neçə Premyer Liqa klubunun diqqətini çəkib. O, hazırda mümkün variantları nəzərdən keçirir. Onun gələcəyi ilə bağlı yekun qərarın yaxın günlərdə veriləcəyi gözlənilir.
Ötən ilin yayında London klubuna keçən Solomon menisk zədəsinə görə mövsümün 33 oyununu buraxıb. O, yalnız 6 oyunda meydana çıxmağı bacarıb və bu görüşlərdə iki məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa