Futzal üzrə yeni ölkə çempionu "Khazar Islands" klubunun avrokuboklar üçün 2 supertransferə, ümumilikdə isə 5 oyunçunun keçidinə hazırlaşır. Komandanın baş məşqçisi Elnur Qəmbərov sport7.az 2 supertransferin adını açıqlayıb.
Onun sözlərinə görə, bunlardan biri İspaniya millisinin qapıçısı, digəri Xorvatiya yığmasının hücumçusudu. Onu dinləyək: "Sloveniya yığmasının üzvü Kristian Çuyets ötən il "Dördlər finalı"nda "Araz"da icarə əsasında oynayırdı. Belçikadakı Avropa çempionatında millimizə qarşı da oynayıb. Onunla danışıqlar gedir. Sloveniya yığmasının digər üzvü İqor Osredkarla danışıqlarımız hələ ki dondurulub. İspaniya millisinin 3-cü qapıçısı Rafanı heyətə qatmaq istəyirik. O, ölkəsinin "El-Poso" klubunda çıxış edir. Mən indiki qapıçımız Leodan göylər qədər razıyam. O, Braziliya yığmasının qapıçısı olub, 3 dəfə ölkəsinin çempionu olub və çox tanınmış oyunçudu. Amma bildiyiniz kimi, o hazırda zədəlidi. İstəyirəm ki, Elnur Zamanov da daxil olmaqla rəqabətədavamlı eyni səviyyədə qapıçılarımız olsun. Bundan əlavə, Xorvatiya yığmasının oyunçusu Dario Marinoviçin keçidini həll etmək üzrəyik".
Qeyd edək ki, "Khazar Islands"a daha 3 braziliyalı oyunçunun transferi də gündəmdədi.
Fanat.az