İspaniya Portuqaliyanı həm turnirdən, həm də baş məşqçisindən etdi

İspaniya Portuqaliyanı həm turnirdən, həm də baş məşqçisindən etdi

Dünya Çempionatının 1/8 final mərhələsində İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq turnirlə vidalaşan Portuqaliya millisinə daha bir ağır zərbə dəyib.

Fanat.Az xəbər verir ki, qarşılaşmanın dərhal ardından təşkil edilən mətbuat konfransında Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines vəzifəsindən ayrıldığını rəsmən elan edib.

52 yaşlı mütəxəssis turnirlə vidalaşdıqdan sonra komandada qalmağın heç bir mənası olmadığını vurğulayıb: "Mən Portuqaliyaya dünya çempionatını qazanmaq üçün gəlmişdim. Bunu bacarmadıqdan sonra missiyamı davam etdirməyin mənası yoxdur. Bu, mənim Portuqaliya millisinin sükanı arxasındakı son oyunum idi".

Müqavilə müddətinin başa çatdığını xatırladan təcrübəli çalıştırıcı federasiya rəhbərliyinə və yerli xalqa təşəkkür edib: "Rəhbərlik mənə hər zaman dəstək oldu, amma artıq yeni bir məşqçi seçmək zamanıdır. Portuqaliya xalqına və azarkeşlərə bizə verdiyi enerji üçün minnətdaram. Tərif edə bilməyəcəyim qədər qürur dolu bir dövr yaşadıq".

Xatırladaq ki, Portuqaliya millisinə 2023-cü ildən rəhbərlik edən Roberto Martines, bu müddət ərzində komandaya 2025-ci il UEFA Millətlər Liqasının çempionluq kubokunu qazandırmışdı.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər