İslamiada: Azərbaycan güləşçisi gümüş medal qazandı

İslamiada: Azərbaycan güləşçisi gümüş medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb.

Fanat.Az xəbər verir ki, idmançı finalda İran təmsilçisi Səid İsmailiyə 3:8 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, digər təmsilçilərimizdən Nihat Məmmədli, Ülvü Qənizadə (hər ikisi 60 kq) və İslam Abbasov (87 kq) günü medalsız başa vurublar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər