İsgəndər Cavadov: ""İnter" onları keçə bilər"

İsgəndər Cavadov: ""İnter" onları keçə bilər"

Azərbaycanın veteran futbolçusu İsgəndər Cavadov Bakı “İnter”inin Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Finlandiyanın “Mariehamn” klubu ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:

“Komandamız ilk oyunda o qədər də yaxşı təsir bağışlamadı. Mənə elə gəlir ki, “İnter”in futbolçuları həmin oyunda sərgilədiklərindən daha çoxuna qadirdilər. “Mariehamn” normal komandadı. “İnter” onları keçə bilər. Azərbaycan təmsilçisi səfərdə evdəkindən daha yaxşı oynamalıdı. Hücumda çoxlu səhvlərə yol verirlər. Finlandiyadakı oyunda bunlar təkrarlanmamalıdı”.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər