Çiro İmmobile İstanbul nəhəngində - RƏSMİ

Çiro İmmobile İstanbul nəhəngində - RƏSMİ

Məhşur italiyalı hücumçu Çiro İmmobile karyerasını Türkiyədə davam etdirəcək.

Fanat.Az xəbər verir ki, o, "Beşiktaş"la müddəti 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə bağlayıb.

Məlumatı klubun mətbuat xidməti yayıb.

34 yaşlı futbolçu hər mövsüm üçün 6 milyon avro maaş alacaq.

Xatırladaq ki, İmmobile 2016-2024-cü illərdə  "Latsio"nun formasını geyinib. Roma təmsilçisində keçirdiyi 340 matçda 207 qol və 54 məhsuldar ötürmə ilə yadda qalan forvard klub tarixinin ən yaxşı bombardiridir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər