İPL: "Tottenhem" evdə uduzdu, "Liverpul"dan qələbə

İPL: "Tottenhem" evdə uduzdu, "Liverpul"dan qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 25-ci turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, son oyun günündə dörd görüş reallaşıb.

“Liverpul” qonaq qismində “Börnli”ni minimal hesabla məğlub edib.

“Lester Siti” – “Vest Hem” qarşılaşması məhsuldar heç-heçə ilə yekunlaşıb. “Nyukasl” öz meydanında “Aston Villa”nı tək qolla yenib.

“Tottenhem” isə evdə “Vulverhempton”a boyun əyib.

Bu tur keçirilməli olan “Çelsi” – “Arsenal” matçı “zadəganlar”ın klublararası dünya çempionatında iştirakı ilə əlaqədar təxirə salınıb.

İngiltərə Premyer Liqası

XXV tur

13 fevral   Börnli – Liverpul 0:1 Qol: Fabinyo, 40.   Nyukasl – Aston Villa 1:0 Qol: Trippyer, 35.   Tottenhem – Vulverhempton 0:2 Qollar: R.Ximenes, 6. Dendonker, 18.   Lester Siti – Vest Hem 2:2 Qollar: Tilemans, 45. Pereyra, 57 – Bouen, 10. Dauson, 90+1.

12 fevral

Mançester Yunayted - Sauthempton 1:1 Qollar: Ceydon Sanço, 21 - Çe Adams, 48

Brentford – Kristal Pelas 0:0

Uotford – Brayton 0:2 Qollar: Maupay, 44. Uebster, 82.

Everton – Lids 3:0 Qollar: Koleman, 10. M.Kin, 23. Qordon, 78.

Norviç – Mançester Siti 0:4 Qollar: Sterlinq, 31; 70; 90. Foden, 48.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər