İPL: “Tottenhem” “Çelsi”ni məğlub yola saldı

İPL: “Tottenhem” “Çelsi”ni məğlub yola saldı

İngiltərə Premyer Liqasında 25-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

“Tottenhem” doğma meydanda “Çelsi” ilə qarşılaşıb. London derbisi meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

25-ci turun “Mançester Yunayted” – “Brentford” və “Nyukasl” – “Brayton” matçları təxirə salınıb.

Hazırda 57 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 55 xalla ikinci, “Mançester Yunayted” 49 xalla üçüncü pillədə qərarlaşıb. “Tottenhem”in 45, “Nyukasl”ın 41, “Fulhem”in 39, “Liverpul”un 36, “Brayton” və “Brentford”un 35, “Çelsi” və “Aston Villa”nın 31 xalı var.

İngiltərə Premyer Liqası 25–ci tur 24 fevral

Fulhem – Vulverhempton 1:1 Qol: Solomon, 64 – Sarabiya, 23.

25 fevral

Everton – Aston Villa 0:2 Qol: Uotkins, 63-pen. Buendiya, 81.

Lids – Sauthempton 1:0 Qol: Firpo, 77.

Lester Siti – Arsenal 0:1 Qol: Martinelli, 46.

Vest Hem – Nottingem Forest 4:0 Qol: D.İnqs, 70; 73. D.Rays, 78. M.Antonio, 85.

Bornmut – Mançester Siti 1:4 Qol: Lerma, 83 – X.Alvares, 15. Haland, 29. Foden, 45. Mepham, 51-öz qapısına.

Kristal Pelas – Liverpul 0:0

26 fevral

Tottenhem – Çelsi 2:0 Qol: Skipp, 46. Keyn, 82.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər