İPL: "Nyukasl" "Mançester Yunayted"ə uduzmadı

İPL: "Nyukasl" "Mançester Yunayted"ə uduzmadı

Futbol üzrə İngiltərə Premyer Liqasında 19-cu turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, bu gün daha bir matç baş tutub.   “Mançester Yunayted” səfərdə “Nyukasl”la üz-üzə gəlib. "Qırmızı şeytanlar" "sağsağanlar"la dueldən 1 xalla ayrılıb.

Bu tur keçirilməli olan “Liverpul” – “Lids”, “Vulverhempton” – “Uotford” və “Börnli” – “Everton” qarşılaşmaları komandaların heyətlərində koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb. Bu görüşlərin nə vaxt reallaşacağı indilik müəyyənləşməyib.

İngiltərə Premyer Liqası 19-cu tur

27 dekabr

Nyukasl – Mançester Yunayted 1:1 Qollar: Sent-Maksimin, 7 – Kavani, 71.

26 dekabr

Vest Hem – Sauthempton 2:3 Qollar: Antonio, 49. Benrahma, 64 – Elyunussi, 8. Uord-Prauz, 61. Bednarek, 70.

Mançester Siti – Lester Siti 6:3 Qollar: De Bröyne, 5. Mahrez, 14. Gündoğan, 21. Sterlinq, 25-pen; 87. Laporte, 69 – Meddison, 55. Lukman, 59. İheanaço, 65.

Norviç Siti – Arsenal 0:5 Qollar: Saka, 6; 67. Tirni, 44. Lyakazett, 84. Smit Rou, 90+1.

Tottenhem – Kristal Pelas 3:0 Qollar: Keyn, 32. Moura, 34. Son, 74.

Aston Villa – Çelsi 1:3 Qollar: Ceyms, 28-öz qapısına – Jorjinyo, 34; 90+3-pen. Lukaku, 56.

Brayton – Brentford 2:0 Qollar: Trossard, 34. Maupay, 42.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər