İngiltərənin "Brentford" klubu ukraynalı yarımmüdafiəçisi Yeqor Yarmolyukla müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı Premyer Liqa təmsilçisinin mətbuat xidməti yayıb.
21 yaşlı oyunçu müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan anlaşmaya imza atıb.
Qeyd edək ki, "Dnepr-1" klubunun yetirməsi olan Yarmolyuk cari mövsüm "Brentford"un forması ilə bütün turnirlərdə 35 matça çıxsa da, məhsuldar göstəricilərlə yadda qalmayıb. "Transfermarkt" portalı onun transfer qiymətini 12 milyon avro ilə dəyərləndirir.
Nihat