İPL: “Çelsi”dən xal itkisi, “Tottenhem”dən məğlubiyyət

İPL: “Çelsi”dən xal itkisi, “Tottenhem”dən məğlubiyyət

İngiltərə Premyer Liqasında 18-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

“Tottenhem” “Aston Villa” ilə ev oyunundan gözlənilməz məğlubiyyətlə ayrılıbsa, “Çelsi” də “Nottingem Forest”lə səfər oyununda xal itkisi ilə üzləşib.

Hazırda 43 xala malik “Arsenal” vahid liderdir. İkinci olan “Mançester Siti”nin 36, üçüncü pillədəki “Nyukasl”ın 34 xalı var. “Mançester Yunayted” 32, “Tottenhem” 30, “Liverpul” 28, “Fulhem”lə “Çelsi” 25 xal toplayıb.

İngiltərə Premyer Liqası 18-ci tur 30 dekabr

Vest Hem – Brentford 0:2 Qol: Toni, 18. Dasilva, 43.

Liverpul – Lester Siti 2:1 Qol: Faes, 38-öz qapısına; 45-öz qapısına – Dyusberi-Holl, 4.

31 dekabr

Vulverhempton – Mançester Yunayted 0:1 Qol: Reşford, 76.

Bornmut – Kristal Pelas 0:2 Qol: Ayyu, 19. Eze, 36.

Fulhem – Sauthempton 2:1 Qol: Uord-Prouz, 32-öz qapısına. Palinya, 88 – Uord-Prouz, 56.

Mançester Siti – Everton 1:1 Qol: Haland, 24 – Qrey, 64.

Nyukasl – Lids 0:0

Brayton – Arsenal 2:4 Qol: Mitoma, 65. Ferquson, 77 – Saka, 2. Edeqor, 39. Nketia, 47. Martinelli, 71.

1 yanvar

Tottenhem – Aston Villa 0:2 Qol: Buendiya, 50. L.Duqlas, 73.

Nottingem Forest – Çelsi 1:1 Qol: Orye, 63 – Sterlinq, 16.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər