"İnter"in qapıçısı seçimini etdi - İngiltərə nəhənginə keçir

"İnter"in qapıçısı seçimini etdi - İngiltərə nəhənginə keçir

Kamerunlu qapıçı Andre Onana 1 il formasını geyindiyi "İnter"i tərk etmək üzrədir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport Mediaset" yayıb.

Xəbərə görə, "Mançester Yunayted"in Onana ilə bağlı İtaliya təmsilçisi ilə apardığı danışıqlar müsbət məcrada davam edir. MY-nin bu transfer üçün "qara-göylər"ə 50 milyon avro təklif etdiyi, Onananın özünün isə "Ayaks"da rəhbərliyi altında oynadığı Erik ten Haqın komandasına qoşulmağı şəxsən arzuladığı bildirlib.

Qeyd edək ki, ötən ilin yayında "Ayaks"dan transfer edilən Onana geridə qalan mövsümdə "İnter" forması ilə 41 matça çıxıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər