«İnter»in potensial rəqibləri qarşılaşır

«İnter»in potensial rəqibləri qarşılaşır

Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Fanat.az xəbər verir ki, qitə arenalarında baş tutacaq oyunlardan biri «İnter» üçün əhəmiyyət daşıyacaq.

Belə ki, «İrter» – «Mariehamn» cütünün qalibi II təsnifat mərhələsi çərçivəsində «Tromse» (Norveç) – «Kelje» (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq. Tərəflər arasında ilk oyun bu gün Norveçdə keçiriləcək və Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.

Qeyd edək ki, «Xəzər Lənkəran» – «Slima» cütünün qalibi II təsnifat mərhələsində İsrailin «Makkabi» (Hayfa) klubu ilə qarşılaşacaq. «Qarabağ» – «Metallurq» cütünün qalibi isə Polşanın «Piast» klubu ilə üz-üzə gələcək.

Avropa Liqası

I təsnifat mərhələsi

İlk oyun

4 iyul

Tromse (Norveç) – Kelje (Sloveniya)

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər