Avropa Liqasında mübarizəni dayandıran “İnter” Premyer Liqanın hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, bank klubu hazırlıq çərçivəsində sabah yoxlama oyunu keçirəcək.
Baş məşqçi Kaxaber Tsxadadze yetirmələrini “Qaradağ”la oyunda sınayacaq. I divizion təmsilçisi ilə qarşılaşma “Şəfa” stadionunda baş tutacaq və saat 20.00-da başlayacaq.
İdman24.az