Rumıniya “Petrolul”undan ayrılandan sonra “Rəvan”a gələn və Vladislav Qədirovla yola getmədiyinə görə “sarı-qırmızılar”la bağladığı müqaviləni qarşılıqlı razılıq əsasında pozan Elhad Nəziri “İnter”ə keçməyə yaxındı. Fanat.az xəbər verir ki, bank təmsilçisi müdafiəçi ilə bağlı son qərarı sabah verəcək.
Xəbəri dəqiqləşdirmək üçün "bankirlər"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla əlaqə saxladıq: "Elhadla rəsmi müqavilə bağlandığını yazsalar da, belə deyil. O, sadəcə klubun maraq dairəsindədi. Rəsmi anlaşma haqda deyilənlər həqiqəti əks etdirmir".
Məmmədovdan paraqvaylı Meza-Kolli qardaşlarıyla bağlı son durumun nə yerdə olduğunu da soruşduq: "Qardaşlar böyük ehtimalla, heyətə qatılacaq. Həmin legionerlərlə bəzi şərtlər razılaşdırılmalıdı".
Fanat.az