Milan "İnter"ini "Mançester Yunayted"ə keçmək üzrə olan qapıçı Andre Onanaya potensial əvəzləyici tapıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Football Italia" yayıb.
Məlumata görə, bu, "Atalanta"nın italiyalı qolkiperi Marko Karnesekkidir. Geridə qalan mövsümü icarə əsasında "Kremoneze"də keçirən 23 yaşlı "çərçivə" qoruyucusunun "qara-göylər" üçün maddi baxımdan da sərfəli variant olduğu diqqətə çatdırılıb.
Daha öncə MY-nin Onana üçün "İnter"ə göndərdiyi ilk təklifin geri çevrildiyi barədə xəbərlər yayılıb.
"Transfermarkt" portalı Karnesekkinin tranfser qiymətini 13 milyon avro ilə dəyərləndirir.
Nihat