"İnter Mayam"inin səhmdarı hansı ulduzları heyətə qatacaqlarını açıqladı

"İnter Mayam"inin səhmdarı hansı ulduzları heyətə qatacaqlarını açıqladı

"İnter Mayami"nin səhmdarlarından biri olan iş adamı Xorxe Mas komandanın yeni transferi Serxio Busketsdən danışıb və digər mümkün transferləri barədə sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, o, Jordi Alba ilə danışıq apardıqlarını da təsdiqləyib:

"Busi ilə 1 il idi ki, əlaqə saxlayırıq. Onun paltardəyişmə otağında olması bizim üçün vacibdir. Lionel Messini özü səviyyədə futbolçularla əhatələmək əsas planlarımızdan biridir. Daha iki və ya üç transferimiz də olacaq. Jordi Alba ilə danışmışıq. Luis Suares? Onun klubu ilə müqaviləsi var. Bilmirəm, alınacaq, yoxsa yox. Di Mariyaya gəlincə, bu futbolçu başqa klubla müqavilə bağlamağa hazırlaşır".

Albanın "Barselona" ilə olan anlaşmasının müddəti iyunun 30-da başa çatıb. Suaresin "Qremio" ilə müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulubsa, Di Mariyanın "Benfika"ya keçmək üzrə olduğu barədə məlumatlar yayılıb.

Xatırladaq ki, PSJ-dən azad agent qismində ayrılan Messi bu yay "İnter Mayami"yə keçib. 

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər