"İnter Mayami"dən Serxio Ramosa təklif

"İnter Mayami"dən Serxio Ramosa təklif

Ötən ay PSJ ilə yollarını ayıran Serxio Ramos karyerasını Amerikada davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, 37 yaşlı müdafiəçi "İnter Mayami"nin maraq dairəsindədir. 

Bunu tanınmış insayder Fabritsio Romano yazıb. Hazırda tərəflər arasında danışıqlar gedir. 

ABŞ klubu ilə yanaşı adı açıqlanmayan iki Səudiyyə Ərəbistanı klubu da Ramosu heyətinə cəlb etmək niyyətindədir. 

Qeyd edək ki, ispaniyalı futbolçu 2021-ci ildə "Real Madrid"dən PSJ-yə keçib. O, Fransa klubunda çıxış etdiyi 2 ildə 45 oyunda meydana çıxıb və 4 qola imza atıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər