"İnter Mayami" Messisiz darmadağın oldu

"İnter Mayami" Messisiz darmadağın oldu

MLS-in növbəti turu çərçivəsində ulduzlardan ibarət "İnter Mayami" "Nyu York Red Bulls" ilə qarşılaşmada böyük hesabla uduzub - 0:4.

Fanat.Az xəbər verir ki, Lionel Messi ikinci turda aldığı zədə səbəbindən matça qatılmayıb.

Əvəzində "İnter Mayami"nin digər ulduz "üçlüy"ü - Luis Suares, Xordi Alba və Serxio Buskets isə oyunun iştirakçısı olublar.

Qeyd edək ki, bu görüşdən sonra turnir cədvəlinin yuxarı pilləsində qərarlaşan üç komandanın hərəyə 10 xalı var. Lakin "İnter Mayami" 6, "Nyu York Red Bulls" 5, "Kolumbus Krey" isə 4 oyun keçirib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər