"İnter Mayami" "Dallas"la bacarmadı

"İnter Mayami" "Dallas"la bacarmadı

MLS klubu "İnter Mayami" ABŞ-da yoldaşlıq oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, rəqib meydanında "Dallas"la qarşılaşan floridalılar 0:1 hesabı ilə uduzub.

"İnter Mayami"nin start heyətində "Barselona"nın dörd keçmiş futbolçusu yer alıb: Lionel Messi, Luis Suares, Serxio Busqets və Jordi Alba. Bütün matçı yalnız Alba oynayıb, qalan ulduz legionerlər 64-cü dəqiqədə əvəzləniblər.

Qeyd edək ki, əvvəlki yoxlama oyununda Devid Bekhemin komandası Salvador millisi ilə heç-heçə edərək (0:0) qələbə qazana bilməyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər