Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirinin son matç günündə təmsilçimiz “İnter” revanş görüşü keçirib. Belə ki, “bankirlər” ilk matçda doğma meydanda qalib gələ bilmədikləri “Mariehamn”la (1:1) qarşılaşıb. Bu dəfə baş məşqçi Kaxaber Sxadadzenin yetirmələri rəqib meydanda 2 top vuraraq, adını növbəti mərhələyə yazdırıb. “İnter”in qollarını 21-ci dəqiqədə penaltidən Baçana Sxadadze və 86-cı dəqiqədə Vaqif Cavadovvurub. Qeyd edək ki, “İnter” Avropa Liqasının II təsnifat mərhələsində “Selye” (Sloveniya) - “Tromse” (Norveç) cütünün qalibi ilə üzləşəcək. Bu komandalar arasında reallaşan ilk oyunda isə Sloveniya klubu səfərdən qalib ayrılıb - 2:1.Avropa Liqası I təsnifat mərhələsi (cavab oyunu) 11 iyul"Mariehamn" (Finlandiya) - "İnter" (AZƏRBAYCAN) - 0:2QOLLAR: Baçana Sxadadze, 21-pen, Vaqif Cavadov, 86 Hakimlər: Mervin Smit, Ceyms Eakin, David Anderson, Ross Dunlop (hamısı Şimali İrlandiya) UEFA nümayəndəsi: David Delferiere (Belçika) Hakim-inspektor: Alain Hamer (Lüksemburq) Mariehamn. “Viklöf Holdinq Arena” (İlk oyun - 1:1) “Mariehamn”: 30. Peter Enkelman, 4. Rocer Tompson, 8. Yani Lyuski (k), 15. Emil Andersson, 6. Pekka Laqerblom, 7. Rezqar Amani, 11. Tommi Virtanen, 16. Robin Estlid, 19. Alanso Adlam, 90. Patrik Biskata, 23. Kris Brayt Ehtiyat oyunçular: 1. Otso Virtanen, 14. Matias Viklof, 3. Niko Kukka, 17. Petteri Yokihaara, 28. Semuel Nordberq Baş məşqçi: Pekka Lüüski “İnter”: 1. Giorgi Lomaya, 4. İvan Benites, 7. Ruslan Əmircanov, 20. Bryus Abdulay, 5. Slavço Georgiyevski, 8. Migel Alvaro, 21. Arif Daşdemirov, 47. Abdulla Abasiev, 9. Aleksandr İaşvili, 28. Baçana Sxadadze, 70. Vaqif Cavadov (k) Ehtiyat oyunçular: 25. Səlahət Ağayev, 14. İlqar Ələkbərov, 15. Matiya Şpiçiç, 87. 10. Daniel Genov, 91. Coşqun Diniyev, 6. Samir Zərgərov, 17. Fərid Mənsurov
“İnter” “Mariehamn”a qalib gəldi
TREND
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:51
14.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Oxşar xəbərlər
Redaksiyadan
19:50
10.10.2026
Azərbaycan cüdoçularına dan dərəcələri təqdim olundu
Redaksiyadan
18:43
10.10.2026
AAF rəhbərliyi Avropa federasiyasının prezidenti ilə görüşdü
Digər
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
Digər
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"