“İnter” ÇL-ə vəsiqə qazandı

“İnter” ÇL-ə vəsiqə qazandı

"İnter" növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqəni təmin edib.

Fanat.Az xəbər verir ki, komanda A Seriyasının 30-cu turunda "Empoli"yə 2:0 hesabı ilə qalib gələrək buna nail olub.

Hazırda 79 xalla lider olan "İnter" çempionatın qalan matçlarının hamısında uduzsa belə, 4-cü pillədən aşağı düşməyəcək.

Beləliklə, "İnter" Avropanın ən yaxşı 5 liqasında "Bayer"dən sonra gələn mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanan ikinci komanda olub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər