“İnter” erməni futbolçusunu itirdi

“İnter” erməni futbolçusunu itirdi

İtaliyanın “İnter” klubu yarımmüdafiəçi Henrix Mxitaryanın səhhəti ilə bağlı açıqlama yayıb.

Fanat.Az xəbər verir ki, Milan klubunun yaydığı açıqlamada belə deyilir:

“Bu səhər Henrix Mxitaryan müayinədən keçdi. Komandamızın yarımmüdafiəçisinin sol budunun ön düz əzələsi burxulub. Yaxın günlərdə onun vəziyyətinə yenidən baxılacaq”.

Erməni futbolçu Çempionlar Liqasının yarımfinal mərhələsinin “Milan”la cavab oyununda (1:0, ilk oyun – 2:0) zədələnib. O, 44-cü dəqiqədə əvəzlənib.

“İnter” Çempionlar Liqasının finalında “Mançester Siti” ilə qarşılaşacaq. Qarşılaşma iyunun 10-da, İstanbulda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər