"İnter" ərəblərin istədiyi de Vreylə bağlı son qərarını verdi

"İnter" ərəblərin istədiyi de Vreylə bağlı son qərarını verdi

Milan "İnter"inin rəhbərliyi Səudiyyə Ərəbistanından cəlbedici təklif alan niderlandlı futbolçu Stefan de Vrey barədə son qərarını verib.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbə tərəflərin yeni müqavilə barədə razılığa gəldiyini vurğulayıb. Sözləşməsinin müddəti bu ayın 30-da başa çatacaq De Vreyin 2+1 illik anlaşmaya qol çəkəcəyi bildirilib.

Qeyd edək ki, 31 yaşlı Stefan geridə qalan mövsümdə "İnter" forması ilə bütün turnirlərdə 38 matça çıxaraq 1 qol vurub. O, 2012-ci ildən çağırıldığı Niderland yığmasında 59 dəfə iş başında olub və 3 qolla diqqət mərkəzinə düşüb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər