"İnter" çempionluğunu derbidə rəsmiləşdirdi!

"İnter" çempionluğunu derbidə rəsmiləşdirdi!

İtaliya A Seriyasında 33-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gün çempionun müəyyənləşməsi ilə əlamətdar olub. 

Əsas izləyicisi və əzəli rəqibi “Milan”a qalib gələn “İnter” vaxtından öncə çempionluğu bayram edib. Bu, sözügedən klubun tarixində 20-ci İtaliya çempionluğudur.

“Roma” doğma meydanda “Bolonya” ilə qarşılaşıb və məğlubiyyətlə üzləşib.

“İnter” hazırda 86 xalla vahid liderdir. “Milan” 69 xalla 2-ci sırada qalıb. İlk üçlüyü 64 xalı olan “Yuventus” qapayır. “Bolonya” 62, “Roma” 55, “Atalanta” 54, “Latsio” 52 xal toplayıb.

İtaliya A Seriyası 33-cü tur 19 aprel

Cenoa – Latso 0:1 Qol: Luis Alberto, 67.

Kalyari – Yuventus 2:2 Qollar: Qaetano, 30-pen. Mina, 36-pen – Vlahoviç, 61. Dossena, 87-öz qapısına.

20 aprel

Empoli – Napoli 1:0 Qol: Çerri, 4.

Verona – Udineze 1:0 Qol: Koppola, 90+3.

21 aprel

Sassuolo – Leççe 0:3 Qollar: Gendrey, 11. Dorqu, 15. Pikkoli, 61.

Torino – Frozinone 0:0

Salernitana – Fiorentina 0:2 Qollar: Kuame, 80. İkone, 90+5.

Montsa – Atalanta 1:2 Qollar: Maldini, 89 – De Ketelare, 44. Ture, 72.

22 aprel

Roma – Bolonya 1:3 Qollar: S.Əzmun, 56 – Əl-Azzuzi, 14. Zirkze, 45. Salemakers, 65.

Milan – İnter 1:2 Qollar: Tomori, 80 – Açerbi, 18. Türam, 49.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər