"İnter" Simone İnzaginin rəhbərliyi dönəmində ən yaxşı qələbə seriyasına imza atıb.
Fanat.Az xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində dünən evdə "Atletiko Madrid"i məğlub edən (1:0) Milan təmsilçisi bütün turnirlərdə ardıcıl 9-cu qələbəsini qazanıb.
İnzaginin komandası bu zəfərlərdən altısına A Seriyasında, ikisinə İtaliya Kubokunda, birinə isə Çempionlar Liqasında sevinib.
Qeyd edək ki, "İnter" hazırda 63 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir. İkinci pillədəki "Yuventus"un 54, üçüncü yerdəki "Milan"ın 52 xalı var.